İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanı rayonunda genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır  

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Görülən işlərin əsas məqsədi ərazinin estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasıdır.

Qeyd edək ki, abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yolkənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində obyektlərin fasadı üzlənib, ərazidə küçənin ümumi görünüşünə xələl gətirən, mövcüd standartlara uyğun olmayan reklam konstruksiyaları sökülüb. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, məhəllələrdə təmizlik işləri aparılıb, ətraf hasarlar yuyularaq rənglənib.

Bundan əlavə küçə işıq dirəklərinin lampaları dəyişdirilir, dirəklər rənglənir , ağaclar yuyulur və budanır, onlara aqrotexniki qulluq göstərilir. Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür.

Abadlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə 470 nəfər işçi qüvvəsi və 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitəsi cəlb olunmuşdur.

Eyni zamanda, Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov  küçələri boyunca abadlıq işlərinə başlanılmışdır.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində abadlıq, təmizlik və yenidənqurma işlərinin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR