Onlayn ictimai-siyasi qəzet
“SpaceX” məşhur peyk internet xidməti Starlinkin Qlobal Məxfilik Siyasətində əhəmiyyətli bir dəyişiklik edib.
15 yanvarda qüvvəyə minən yeni qaydalar istifadəçi məlumatlarından süni intellekt modellərinin hazırlanmasında istifadə etməyə imkan verir.
İstifadəçilər imtina etmədikləri təqdirdə, toplanmış məlumatları üçüncü tərəf biznes tərəfdaşları ilə paylaşmaq artıq mümkündür.
Starlink tərəfindən toplanan məlumatlara yer, kredit kartı məlumatları, əlaqə məlumatları, IP ünvanları və audiovizual məzmun daxildir.
Lakin yeni siyasətdə bu geniş məlumat hovuzunun hansı hissələrinin süni intellekt təlimi üçün istifadə ediləcəyi dəqiq göstərilməyib./Lent.az
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ