İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-ni məhv edən Əfqanıstan faktı Putinin qarşısına çıxır – “dəmir tabutlar” varlı rusların evinə...

Rusiyada mümkün yeni genişmiqyaslı səfərbərliyin müharibəni ilk dəfə kütləvi şəkildə ölkənin orta təbəqəsinin və daha imkanlı ailələrinin qapısına gətirə biləcəyi bildirilir.

Musavat.com xəbər verir ki, Britaniya ordusunun istefada olan polkovniki Həmiş de Bretton-Qordon “The Telegraph” üçün qələmə aldığı məqalədə belə bir ssenarinin Kremlin sabitliyi üçün ciddi təhlükəyə çevrilə biləcəyini yazıb.

Onun sözlərinə görə, indiyədək Ukraynadakı müharibənin əsas ağırlığı Rusiyanın yoxsul regionlarının sakinlərinin, milli azlıqların nümayəndələrinin, məhbusların və muzdluların üzərinə düşüb. Ölkənin daha imkanlı təbəqəsi isə müharibənin nəticələrindən nisbətən uzaqda qala bilib.

Lakin ekspert hesab edir ki, yeni səfərbərlik vəziyyəti kökündən dəyişə bilər. Yüz minlərlə kişinin, o cümlədən daha təminatlı ailələrin üzvlərinin cəbhəyə göndərilməsi müharibəni ilk dəfə Rusiyanın “orta təbəqəsinə” kütləvi şəkildə hiss etdirə bilər.

De Bretton-Qordon bununla bağlı SSRİ-nin Əfqanıstan müharibəsini xatırladıb. Əfqanıstandan sovet hərbçilərinin cəsədlərinin sink tabutlarda geri qaytarılması cəmiyyətdə müharibəyə qarşı narazılığın artmasına səbəb olmuşdu. Ekspert bunu son nəticədə SSRİ-nin dağılmasına aparan proseslərə təsir göstərən amillərdən biri kimi qiymətləndirir.

Polkovnikin fikrincə, Rusiyada genişmiqyaslı səfərbərlik baş verərsə, “dəmir tabutlar” indiyədək müharibəni uzaqdan izləyə bilən daha imkanlı rusiyalıların ailələrinə də gəlməyə başlaya bilər.

Bu isə müharibəyə ictimai münasibəti dəyişdirə, hakimiyyətə qarşı narazılığı gücləndirə və Vladimir Putin üçün ciddi daxili siyasi problem yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR