İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyanın İrandakı səfirliyi zərbə altında – diplomatlar Azərbaycan vasitəsilə təxliyə olundu

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində Serbiya Respublikasının Tehrandakı səfirliyinin də bombardmana məruz qaldığı bildirilir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, yaranmış təhlükəli vəziyyətlə əlaqədar səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər.

Məlumata görə, bu gün gecə saatlarında Serbiyanın İrandakı səfiri Damir Kovacevic və səfirliyin digər əməkdaşları ailə üzvləri ilə birlikdə Astara sərhəd-gömrük-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar. Onların daha sonra ölkələrinə yola salındığı bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR