İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanada şirkətlərini ABŞ-dan çıxmağa çağırdı

Vaşinqton və Ottava arasında ticarət danışıqlarının uğursuzluqla bitməsindən prezident Donald Tramp yenidən Kanada haqqında sərt paylaşımla diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, özünə məxsus Truth Social hesabında Kanadanın dövlət müstəqilliyini şübhə altına alıb: "Onlarla bir dövlət kimi davranılmasını istəyirlər, amma belə deyil. Mən Kanada maşınlarını, Kanada ehtiyat hissələrini, Kanada istehsalı olan heç nə istəmirəm. Onlar on illərdir bizi soyurlar və bu, sona çatacaq".

Tramp ABŞ-da bizneslə məşğul olan bütün Kanada şirkətlərini dərhal oraya köçməyə çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR