İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə hərəkətlilik yenidən azaldı

Ötən həftəsonu Hörmüz boğazından yük daşıyan gəmilərin sayı gündəlik 5 gəmiyə qədər azalıb.

Musavat.com xəbər verir ki, məlumatı “Əl-Cəzirə” gəmiçilik reyestr qurumlarına istinadən yayıb. Telekanalın məlumatına görə, boğazdan keçən gəmilərin faktiki sayı daha çox ola bilər, çünki bir çoxları hücumlardan qaçmaq üçün boğazdan keçəndə avtomatik identifikasiya sistemlərini söndürürlər.

Kanal qeyd edir ki, fevralın sonlarında ABŞ-ın İrana qarşı hərbi əməliyyatından əvvəl qlobal neft ixracının təxminən 20 faizi Hörmüz boğazından keçirdi.

Yeri gəlmişkən, bazar günü Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Hörmüz boğazından keçərkən Oman limanından 12 dəniz mili şimalda bir neft tankerinə hücum edildiyinə dair məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR