Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin üzləşdiyi geostrateji risklər və Türkiyənin Yaxın Şərqdə artan nüfuzlu rolu barədə diqqətçəkən bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, İsrail hökumətinin rəhbəri ölkəsinin coğrafi baxımdan kiçik olduğunu və düşmən halqası ilə əhatə olunma təhlükəsi yaşadığını vurğulayıb.
"Biz mühasirəyə düşə biləcək kiçik bir dövlətik. Məhz bu səbəbdən İsrail Türkiyə kimi yeni güclü rəqiblərin ortaya çıxmasının qarşısını almaq üçün qlobal müstəvidə fəal addımlar atmağa məcburdur. Ərdoğan bizi – və ya şəxsən məni çox da sevmir", – deyə İsrailin Baş naziri bildirib.
Netanyahu vurğulayıb ki, mövcud strateji mövqelər İsraili potensial təhdidləri neytrallaşdırmaq və regional opponentlərin, xüsusilə Ankara hökumətinin mövqelərinin daha da möhkəmlənməsinə imkan verməmək üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ