İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts Almaniya üçün mühüm əhəmiyyətli seçkilərdən danışdı

Almaniya üçün Alternativ (AfD) partiyasının Saksoniya-Anhalt torpağında hakimiyyətə gəlməsi torpağın iqtisadiyyatına xarici investisiyaların gəlişinin qarşısını alacaq.

Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts ARD-yə müsahibəsində deyib: "Əgər hər şey sorğuların proqnozlaşdırdığı kimi gedərsə, torpaq böyük problemlərlə üzləşəcə. Əgər AfD ştatın baş naziri olarsa, beynəlxalq investorların Saksoniya-Anhaltda təməl daşlarını qoymağa, yeni fabriklər qurmağa və müəssisələr açmağa gələcəyini təsəvvür edə bilmirəm. Lakin bu qərarı Saksoniya-Anhalt seçiciləri özləri verməlidir".

Almaniya kansleri bildirib ki, əgər bu baş verərsə, region "ciddi ziyana uğrayacaq": "Buna görə də qalan günlərdə belə bir ssenarinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Və bunu Saksoniya-Anhalt seçicilərinə birbaşa deyəcəyik".

Kanslerin sözlərinə görə, seçicilərin təxminən 20 faizi hələ də qərarsızdır.
Merts qarşıdan gələn seçkilərdən sonra Saksoniya-Anhaltda digər fraksiyalarla birlikdə idarəetmə koalisiyası yaratmaq variantları barədə şərh verməkdən imtina edib. Xristian Demokrat İttifaqı rəsmi olaraq həm AfD, həm də Sol Partiya ilə əməkdaşlığın qəbuledilməz olduğuna qərar verib.

Saksoniya-Anhalt torpağında seçkilər 6 sentyabrda keçiriləcək və bəzi cəhətlərdən Almaniya üçün tarixi ola bilər. Son rəy sorğularına görə, AfD böyük fərqlə liderlik edir. Seçkilərdən sonra hökumətin formalaşdırılmasında durğunluq yarana bilər, çünki BSW (əvvəllər Səhra Vagenknecht Ağıl və Ədalət Birliyi) istisna olmaqla, bütün partiyalar Almaniya üçün Alternativ (AfD) ilə əməkdaşlığı rədd edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR