Onlayn ictimai-siyasi qəzet
SEPAH Amerika RQ-4 və MQ-9 uzunmənzilli dronlarının yerləşdiyi İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı anqarlara kütləvi raket zərbəsi endirildiyini elan edib.
Musavat.com xəbər verir ki, SEPAH-ın açıqlamasını İran agentlikləri yayıb. Açıqlamaya görə, hücum nəticəsində bir neçə dron məhv edilib, bir neçə amerikalı hərbçi və texnik həlak olub və bir neçə texniki infrastruktur obyekti yanğına məruz qalıb.
Açıqlamada qeyd olunur ki, Hücum, ABŞ-ın İranın Hörmüzqan əyalətindəki Sirik şəhərindəki toy məclisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib. Bu zərbə nəticəsində təxminən 70 qonağın yaralanması və bir uşaq da daxil olmaqla dörd nəfərin ölümü qeydə alınıb.
İordaniya Müdafiə Nazirliyi isə bəyan edib ki, İrandan atılan 13 raketdən 10-nu zərərsizləşdirilib, daha 3-ü isə boş əraziyə düşüb.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ