Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökuməti hesab edir ki, ABŞ və İran arasında gərginliyin azaldılmasına mümkün qədər tez nail olmaq və danışıqları bərpa etmək vacibdir.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara çıxış edib: "ABŞ və İran arasında hərbi gərginliyin yenidən artması, eləcə də Hörmüz boğazı da daxil olmaqla, regionda pisləşən vəziyyət bizi dərindən narahat edir. İndi ən vacib şey mümkün qədər tez bir zamanda gərginliyin azaldılmasına nail olmaq, Hörmüz boğazında sərbəst və təhlükəsiz naviqasiyanı bərpa etmək, ABŞ və İran arasında danışıqları bərpa etmək və nüvə məsələsi də daxil olmaqla, mümkün qədər tez yekun razılığa gəlməkdir".
Qeyd edək ki, Yaponiyanın neft idxalında Körfəz ölkələri böyük paya malikdir. Hörmüzdən keçidin çətinləşməsi və qiymətlərin artması bu ölkəyə ciddi zərər vurur. Tokio həmçinin Tehranla normal münasibətlər saxlayan azsaylı ABŞ müttəfiqlərindən biridir.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ