İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ

Bu gün, 27 dekabr tarixində 1991-ci il noyabrın 20-də helikopter qəzasında faciəvi şəkildə həlak olmuş Azərbaycanın daxili işlər naziri, müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Məhəmməd Əsədovun ailəsinə ağır itki üz verib.

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisindən erməni silahlı dəstələri Azərbaycanın "Mİ-8 N72" hərbi helikopterini vurub. Hadisə nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının sabiq daxili işlər naziri Məhəmməd Əsədov da olub.

Ümumilikdə, qəza nəticəsində 22 nəfər ölüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR