İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən hələ doğulmamışdım” – Arda Gülərdən duyğusal sözlər - Video

Türkiyə millisinin aparıcı futbolçularından Arda Gülər dünya çempionatının seçmə mərhələsi öncəsi duyğusal açıqlama verib.

Musavat.com xəbər verir ki, gənc yarımmüdafiəçi dünya çempionatında iştirak etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Çox həyəcanlı olduğumuzu deyə bilərəm. Bu bizim arzumuzdur. Türkiyə sonuncu dəfə Dünya çempionatına vəsiqə qazananda mən hələ doğulmamışdım”, – deyə Arda Gülər vurğulayıb. 

O qeyd edib ki, bu turnirin nə qədər vacib olduğunu uşaqlıq illərindən ailəsindən eşidərək böyüyüb:

“Dünya çempionatının nə dərəcədə önəmli olduğunu uşaqlıqdan atamdan və qardaşlarımdan eşitmişəm. İndi isə həmin həyəcanı yaşamaq imkanı əldə etmişik”.

Arda Gülər Türkiyə millisinin qarşıdakı oyunlara böyük əzmkarlıqla hazırlaşdığını da bildirib:

“Bura boş yerə gəlmədiyimizi sübut etmək istəyirik. Ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik. Bütün gücümüzü və varlığımızı bu oyunlara sərf edəcəyik”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR