İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanacaq satışına məhdudiyyət qoyulur: yeni limitlər tətbiq edilir

Moskvada bir sıra yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Musavat.com xəbər verir ki, ORTK yanacaqdoldurma məntəqələri şəbəkəsində artıq bir müştəriyə maksimum 60 litr benzin və 100 litr dizel yanacağı satılır. Şirkətdən bildirilib ki, bu qərar mövcud bazar vəziyyəti ilə əlaqədardır. Məlumata görə, Lukoil şəbəkəsində hələlik bir müştəri üçün benzin satışı 100 litrlə məhdudlaşdırılıb. 

Mənbələrin iddiasına əsasən, yaxın vaxtlarda oxşar məhdudiyyətlər Rosneft və Tatneft yanacaqdoldurma məntəqələrində də tətbiq oluna bilər.

Xatırladaq ki, bundan əvvəl Moskva və paytaxtın vilayətində benzinin qiymətində kəskin artım qeydə alındığı barədə məlumat yayılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR