İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibarnaməli avtomobillərlə bağlı vacib xəbərdarlıq

Azərbaycanda maşını etibarnamə ilə sürmək çox yayılıb. Amma bu vəziyyət həm maşının sahibini, həm də onu sürən şəxsi hüquqi və maliyyə baxımından çətinliyə sala bilər. Xüsusilə yollarda qayda pozulanda cərimənin kimə yazılması və ödənilməyən cərimələrin gələcəkdə hansı problemlərə yol açması hamını maraqlandırır.

Vəkil Emil Aslanov Demokrat.az-a açıqlamasında bildirib ki, maşın sahibi avtomobili sürmək üçün başqasına etibarnamə verdikdə, yollardakı qayda pozuntularına görə gələn cərimələr birbaşa maşını sürən şəxsə yazılır:

"Yəni hüquqi məsuliyyət faktiki idarəetməni həyata keçirən şəxs üzərinə düşür. Lakin həmin sürücü cərimələri vaxtında ödəmədikdə, qanunvericilikdə nəzərdə tutulan icra mexanizmləri işə düşür. Belə ki, müəyyən müddət ərzində ödəniş həyata keçirilmədikdə onun sürücülük hüququ məhdudlaşdırıla bilər, daha uzunmüddətli icra edilməyən borclar olduqda isə nəqliyyat vasitəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlər, o cümlədən avtomobilin üzərinə həbs qoyulması tətbiq edilə bilər. Nəticədə mülkiyyətçi də dolayısı ilə bu vəziyyətdən təsirlənir və avtomobilin üzərindən məhdudiyyətlərin götürülməsi üçün, bir çox hallarda, yaranmış cərimə borclarının ödənilməsinə məcbur qalır".

Vəkilin sözlərindən aydın olur ki, sürücü məsuliyyətsizlik edib cəriməni gecikdirəndə ziyan sonda maşının əsl sahibinə də dəyir. Çünki dövlət orqanları ödənilməyən borclara görə maşının satılmasına və ya sənədləşməsinə qadağa qoya bilir. Belə vəziyyətlə qarşılaşmamaq üçün tövsiyə olunur ki, maşını etibarnamə ilə satmaq əvəzinə tam sənədləşdirib addan-ada keçirsinlər. Sürücülər isə vaxtında cərimələri yoxlamalı və gecikdirmədən ödəməlidirlər ki, həm sürücülük vəsiqələri əllərindən alınmasın, həm də maşın sahibinə problem yaratmasınlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR