Onlayn ictimai-siyasi qəzet
Ermənistanda seçkiqabağı proseslə bağlı Rusiya Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Rusiya XİN-in açıqlamasında Ermənistanda seçki mübarizəsinin qanun və qaydalar çərçivəsində deyil, demokratik prosedurlara qarşı aparıldığı iddia olunur.
Bəyanatda qeyd edilir ki, Ermənistan hakimiyyətinin ən böyük müxalif hərəkatlardan biri olan “Güclü Ermənistan”ın, eləcə də mümkün olaraq “Çiçəklənən Ermənistan” partiyasının seçkilərdən kənarlaşdırılması barədə qərar verməyə hazırlaşdığına dair məlumatlar daxil olur.
Rusiya XİN-in fikrincə, müxalifətə qarşı həbslər, təqiblər, əmlakın müsadirəsi və Erməni Apostol Kilsəsinə qarşı təzyiqlər kifayət etməyib. Qurum hesab edir ki, müxalif qüvvələrin seçkilərə buraxılmaması Ermənistan vətəndaşlarını ölkənin gələcəyini seçmək hüququndan məhrum edə bilər.
Bəyanatda vurğulanır ki, belə bir ssenari həyata keçirilərsə, bu, bütövlükdə seçki prosesinin legitimliyini şübhə altına sala bilər.
Rusiya Xarici İşlər Nazirliyi İrəvanı demokratik prosedurlara əməl etməyə çağıraraq, demokratiyaya sadiqlik barədə bəyanatların praktiki addımlarla təsdiqlənməsinin vacibliyini bildirib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ