İnsanlara hürriyət, millətlərə istiqlal!

Dinozavrlarla bağlı daha bir fakt ortaya çıxdı

Yer üzündə dinozavrların məhv olmasının səbəbləri ilə bağlı yeni araşdırma alimləri maraqlı nəticəyə gətirib.

Musavat.com xəbər verir ki, ABŞ-dakı Johns Hopkins University tədqiqatçıları dinozavrların yox olma prosesinin asteroidin Yerə düşməsindən təxminən 30 min il əvvəl başladığını müəyyən ediblər.

Araşdırma zamanı milyonlarla il yaşı olan çöküntü süxurlarında qorunub qalmış göbələk sporları öyrənilib. Məlum olub ki, canlıların kütləvi məhvi ilə bağlı izlər asteroid toqquşmasından xeyli əvvəl meydana çıxıb.

Alimlərin fikrincə, həmin dövrdə indiki Hindistan ərazisində baş vermiş nəhəng vulkan püskürmələri iqlim dəyişikliklərinə səbəb olub. Bu proseslər dinozavrların həyat şəraitini ağırlaşdıraraq onların zəifləməsinə gətirib çıxarıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, asteroid son zərbə rolunu oynasa da, dinozavrların məhv prosesi ondan əvvəl başlamışdı. Bu isə tarixdən əvvəlki dövrün ən böyük sirrlərindən birinə yeni baxış təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR