İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən gözəl iti – baxışları heyran etdi

Vogue-un “Dogue” müsabiqəsində 2026-cı ilin ən dəbli iti müəyyənləşib.

Musavat.com xəbər verir ki, qalib Ser Spad adlı italyan tazısı olub. O, ideal sakitliyi və diqqətçəkən baxışları ilə münsifləri heyran edib.

Ser Spad dünyanın müxtəlif ölkələrindən seçilən 24 finalçını geridə qoyub. İştirakçıların fotoları kompozisiya, itin xarakterinin fotoda əks olunması və Vogue ruhuna uyğunluğu kimi meyarlarla qiymətləndirilib.

Qalib itin fotosu moda dünyasındakı ev heyvanlarına həsr olunan “Dogue” jurnalının üz qabığında yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR