İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada PUA hücumu: "Ozon"un Ufa və Orenburqdakı obyektləri hədəf alındı

Rusiyanın Orenburq və Ufa şəhərlərində yerləşən "Ozon" onlayn ticarət platformasının logistika obyektlərinə pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edilib.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, gecə saatlarında baş verən PUA hücumu zamanı şirkətin hər iki obyektdəki əməkdaşları operativ şəkildə təxliyə olunub. İlkin göstəricilərə əsasən, xəsarət alan olmayıb və ərazidə yanğın qeydə alınmayıb.

Orenburqdakı logistika mərkəzi artıq fəaliyyətini bərpa edib. Ufadakı kompleks isə cüzi zədələr aldığından, ərazinin tam yoxlanılması və təhlükəsizliyin təmin edilməsi məqsədilə müvəqqəti olaraq bağlı saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR