İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülh sazişinədək atəşkəsə razıdır-Ukraynada ərazilər üzrə referendum planlaşdırılır

Rusiya yekun sülh sazişi imzalanana qədər müvəqqəti atəşkəsə razılıq verməyə hazırdır.
Bu addım Ukraynanın mübahisəli ərazilərlə bağlı referendum keçirməsinə imkan yaratmaq məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ötən gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ-ın keçmiş prezidentinin kürəkəni Cared Kuşner Ukrayna və Rusiya tərəfləri ilə ayrı-ayrılıqda iki danışıq aparıblar. Rusiya tərəfini bu danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov təmsil edib.

Hər iki ölkənin rəsmi şəxslərinin sözlərinə görə, mümkün razılaşmanın əsas parametrlərinin böyük hissəsi artıq ABŞ və Ukrayna arasında razılaşdırılıb. Buraya Kiyevin ABŞ və Avropa ölkələrindən almalı olduğu təhlükəsizlik zəmanətləri də daxildir.

Yüksək vəzifəli ABŞ rəsmisi təsdiqləyib ki, Vaşinqton təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır. Bildirilir ki, sənədin mətni NATO nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb.

Lakin razılaşma yolunda əsas maneə Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi olaraq qalır.

"Axios"un məlumatına görə, ABŞ tərəfi razılaşmanın təsdiqlənməsi üçün atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin həyata keçiriləcəyini vurğulayır. Mənbə bildirir ki, daha əvvəl yekun saziş imzalanmadan atəşkəsə qarşı çıxan Rusiya tərəfi referendumun keçirilməsi üçün bu addıma razılıq verib.

Eyni zamanda qeyd olunur ki, Ukrayna 60 günlük atəşkəsdə israr etsə də, Rusiya daha qısa müddətli fasilə tələb edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR