İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağdan başlayıb Göyçədə dayandı - Video

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya, qondarma Qarabağ hərəkatı və Azərbaycanla bağlı məsələlərə toxunub.

Musavat.com xəbər verir ki, Paşinyan bu fikirləri İctimai Televiziyada keçirilən seçki debatları zamanı səsləndirib. O, qondarma Qarabağ hərəkatının Ermənistanın dövlətçilik quruculuğuna mane olduğunu, ölkənin resurslarının isə nəticəsi əvvəlcədən məlum olan istiqamətə yönəldildiyini bildirib. Baş nazir həmçinin yeni Konstitusiya, Tavuş kəndləri və Respublika meydanında Azərbaycan dilində səsləndirilən mətnlə bağlı fikirlərini açıqlayıb.

Paşinyan bildirib ki, onlar Müstəqillik Bəyannaməsinin silinməsindən danışmırlar:

“Biz Müstəqillik Bəyannaməsinin ləğvindən danışmırıq. Biz yeni Konstitusiyanın mətnində nələrin olmalı, nələrin isə olmamalı olduğunu müzakirə edirik”.

Baş nazir Tavuş vilayətinin üç kəndinin təhvil verilməsi ilə bağlı ittihamlara da cavab verib:

“Cənab Zurabyan deyir ki, Tavuş vilayətinin üç kəndini vermişik. Qoy desin, Tavuşun hansı üç kəndini vermişik”.

Paşinyan qondarma Qarabağ hərəkatının Ermənistan-Azərbaycan münaqişəsinin əsas səbəblərindən biri olduğunu da vurğulayıb:

“Qondarma Qarabağ hərəkatı münaqişənin səbəbi idi. Bu hərəkat Ermənistanın dövlətçilik quruculuğuna diqqət yetirməməsinə gətirib çıxardı. Biz Ermənistan dövlətinin bütün resurslarını perspektivsiz bir işə yönəltdik. Həmin işin nəticəsi isə hələ 1996-cı ildən əvvəlcədən məlum idi”.

Baş nazir həmçinin dünən Respublika meydanında Azərbaycan dilində səsləndirilən mətnə münasibət bildirib. O, bunu utancverici tarixi hadisə adlandırıb və qeyd edib ki, Azərbaycanın Ermənistan ərazisində məskunlaşması mövzusu 2021-ci ildə, Gerqarkunik (Göyçə) hadisələri zamanı gündəmə gətirilmişdi, lakin hakimiyyət bu məsələnin qarşısını ala bilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR