İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımda acı xəbər: Məşhur aparıcı qardaşının ölüm xəbərini BELƏ ALDI - VİDEO

Kanal 7-də yayımlanan “Muhabbet Kapısı” proqramının aparıcısı, ilahiyyatçı professor doktor Mustafa Karataş canlı yayım zamanı ağır xəbər alıb. Professorun 4 aydır reanimasiyada müalicə olunan qardaşı Davut Karataş vəfat edib. Acısını canlı yayımda tamaşaçılarla bölüşən Karataş “Qardaşımızı itirdik, bu yayımı davam etdirmək mənim üçün çətin olacaq” deyərək izləyicilərdən dua istəyib.

Musavat.com xəbər verir ki, hadisə “Muhabbet Kapısı” proqramının canlı yayımı zamanı baş verib. Proqram davam edərkən qardaşının vəfat xəbərini alan Mustafa Karataş yaşadığı ağır anları tamaşaçılarla bölüşüb.

Canlı yayımda duyğusal anlar yaşayan professor qardaşının vəfat xəbərini belə açıqlayıb:

“Az əvvəl bir xəbər aldım. Ortancıl qardaşımız, Yusufla mənim aramda olan Davut Karataş... Qardaşım 4 aydır reanimasiyada idi, indi vəfat xəbəri gəldi. Bu yayımı davam etdirmək mənim üçün bir qədər çətin olacaq. Sizdən anlayış və dua gözləyirəm. Rəbbim məkanını cənnət etsin. İnna lillahi və inna ileyhi raciun”.

Mustafa Karataş qardaşının yardımsevər xarakterindən və həyatından da danışıb. O bildirib ki, Davut Karataş Qurana bağlı insan olub və gözəl Quran və azan oxuyub.

“Davut da gözəl yaşadı. Quran əhli idi, gözəl Quran və azan oxuyardı. İstanbul Böyükşəhər Bələdiyyəsində işləyirdi, universitet məzunu idi. Çoxlu dostu var idi, həmişə başqasının xeyrinə qaçardı. Daim başqalarının işlərini görməkdən öz işlərini görə bilməzdi. Belə bir xüsusiyyəti var idi. Davutu itirdik”, - deyə professor bildirib.

Professor qardaşının dəfn mərasimi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Davut Karataşın cənazəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasından götürülərək Karabükə aparılacaq.

“Bu gün Çam və Sakura Şəhər Xəstəxanasından cənazəmizi götürəcəyik. Karabükə aparmaq niyyətindəyik. Sabah günorta namazından sonra Karabükdə cənazə namazı qılınacaq. Hələ dəqiq məsləhətləşməmişik, atam da həyatda, onunla da danışacağıq. Dünya belədir; bir tərəfdən həyat davam edir, digər tərəfdən doğulanlar və ölənlər var”, - deyə Mustafa Karataş bildirib.

Professor sonda tamaşaçılardan mərhum qardaşının ruhuna Fatihə surəsi oxumalarını xahiş edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR