Onlayn ictimai-siyasi qəzet
Rusiyada 255 min manatlıq yeni premium avtomobil təqdim olunub.
Musavat.com xəbər verir ki, söhbət Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda nümayiş etdirilən “Senat 900” sedan modelindən gedir.
Avtomobilin qiymətinin 12 milyon rubldan, yəni təxminən 255 min manatdan başlayacağı bildirilir. Model keçmiş Toyota zavodunun Sankt-Peterburqun Şuşarı qəsəbəsində yerləşən istehsal sahələrində yığılıb.
Məlumata görə, “Senat 900” Çinin “Hongqi H9” avtomobili əsasında hazırlanıb. “Hongqi H9” Çində satılan premium sedanlardan biridir və onun bazar qiyməti təxminən 4 milyon rubl, yəni 85 min manat təşkil edir. Beləliklə, Rusiyada təqdim olunan yeni model Çin analoqundan təxminən üç dəfə baha qiymətə satışa çıxarılacaq.
“Senat 900” 3 litrlik V6 tipli benzin mühərriki ilə təchiz olunub. Mühərrikin gücü 326 at qüvvəsidir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ