Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yayılan bəzi məlumatları tənqid edib və keçmiş ombudsman Arman Tatoyanın adını çəkib.
Musavat.com xəbər verir ki, Paşinyan Arman Tatoyanın Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yaydığını iddia edib.
Baş nazirin sözlərinə görə, Tatoyan Azərbaycanın repatriasiya olunmuş azərbaycanlılara şəxsiyyət vəsiqələri paylaması ilə bağlı əsassız iddialar səsləndirir.
"Arman Tatoyan yalan məlumat yayaraq iddia edir ki, Azərbaycan repatriasiya olunmuş azərbaycanlılara şəxsiyyət vəsiqələri paylayır. O, dezinformasiyanın əsas mənbələrindən biridir", - Paşinyan bildirib.
Ermənistan hökumət başçısı qeyd edib ki, ictimaiyyətə təqdim olunan məlumatlar dəqiq və yoxlanılmış faktlara əsaslanmalıdır.
Afaq,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ