İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ittihamlara ironik cavab: "ABŞ-də kimisə saxlayırlarsa, yenə mən günahkaram?"

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərdə saxtakarlıq və inzibati resurslardan istifadəyə sərt münasibət bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Paşinyan deyib ki, xalqın səsini saxtalaşdıran, vətəndaşların iradəsini azad şəkildə ifadə etməsinə qanunsuz təsir göstərən şəxslər onun "şəxsi düşmənləri"dir və belə insanlar dövlət sistemində işləyə bilməzlər.

Ermənistanın hökumət başçısı ünvanına səsləndirilən ittihamlara da ironik münasibət göstərib.
"Başa düşə bilmirəm, əgər ABŞ-də kimsə saxlanılıbsa, bu da mənim günahımdır? Harada kimi saxlayırlarsa, yenə mənim günahım olur. Mən bunu kompliment hesab edirəm", - deyə o qeyd edib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR