İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Paşinyana qarşı RƏSMƏN “düyməni basdı” – Daha DÖZÜM olmayacaq!

“Ermənistan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyi (AİB) arasında təcili seçim etməlidir, bu, artıq aktual məsələdir”. Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra belə deyib. “Ermənistan Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və hökumət üzvlərinin Ermənistanın üzvlüyü məsələsinin ən qısa müddətdə həll edilməli olduğu barədə sözlərini xatırladıb: “Erməni xalqının seçiminə hörmət edirik. Amma bu seçimin də nə olduğunu bilmək istəyirik. Əks halda, Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul edən Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması mümkün olmayacaq. Çünki bu iki birliyin normaları bir-birini istisna edir”.

“Avrasiya İqtisadi Birliyi (AİB) Ermənistanın bu təşkilata üzv olarkən, Avropa İttifaqı (Aİ) üzvlüyünə hazırlıq görməsini qəbul etməyəcək”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Ermənistan rəhbərliyi öz vətəndaşlarını inandırmağa çalışır ki, guya artıq Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etmək lazım deyil. Guya Avrasiya İqtisadi Birliyinə üzvlüyün bütün üstünlüklərini saxlamaqla, başqa iqtisadi bloka üzvlük üçün hazırlıq görmək olar. Xeyr, olmaz. Avrasiya İqtisadi Birliyinə belə münasibətə dözmək niyyətində deyilik”, - diplomat vurğulayıb.
Kreml sözçüsü Dmitri Peskov isə Putinlə Paşinyan arasında görüşlə bağlı hər hansı razılaşma olmadığını bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Arzuxan Əlizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR