Onlayn ictimai-siyasi qəzet
Aralıq dənizi vasitəsilə Avropaya qanunsuz keçid etməyə çalışan miqrantlar artıq İspaniyanın kontinental hissəsinə, birbaşa istirahət zonalarına yanaşmağa başlayıblar.
Musavat.com xəbər verir ki, Mursiya əyalətində yerləşən məşhur "La Manga Club" yaxınlığındakı çimərliyə onlarla miqrantın olduğu qayıq daxil olub.
Çimərlikdə istirahət edən turistlərin gözü qarşısında qayıqdakı şəxslər özlərini suya ataraq sahilə çıxıblar. Hadisə şahidlərinin sözlərinə görə, təşvişə düşən istirahətçilərin bir hissəsi təcili əşyalarını toplayaraq ərazini tərk edib, digərləri isə dərhal polislə əlaqə saxlayıblar.
Sahilə çıxan miqrantlar qısa müddətdə ətrafa səpələnərək yaxınlıqdakı yaşayış məntəqələrinə doğru istiqamət götürüblər. Hüquq-mühafizə orqanları ərazidə axtarış və nəzarət tədbirlərini gücləndirib.
@@TVmusavat/153369@@
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ