İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həvalə edilib. Nigar Səfxanova bu ilin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz etmişdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR