İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən DÜNYANI TƏƏCCÜBLƏNDİRƏN ADDIM: Eyni vaxtda 50-dən çox hərbi gəmi... - VİDEO

Türkiyədə eyni vaxtda 50-dən çox hərbi gəminin inşa edildiyi açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Erçüment Tatlıoğlu TEKNOFEST Mavi Vatan tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 50-dən çox hərbi gəmi paralel şəkildə inşa edilir.

“Bu gün etibarilə eyni vaxtda 50-dən çox hərbi gəmi inşa edirik - 37-si Türkiyə Hərbi Dəniz Qüvvələri üçün, 24-ü isə xarici dövlətlər üçün”, - deyə admiral bildirib.

Tatlıoğlunun sözlərinə görə, Türkiyənin hərbi gəmiqayırma sahəsində imkanları genişlənməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR