İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mərkəzi Asiyada qaz işğalını genişləndirir

2025-ci ildə Rusiyadan Qazaxıstan, Qırğızıstan və Özbəkistana təbii qaz ixracı 20 faiz artıb.

Musavat.com xəbər verir ki, bunu Qazprom şirkətinin baş direktoru Aleksey Miller ilkin hesabat yığıncağında deyib: "Şərq İqtisadi Forumu çərçivəsində 2025-2026-cı illərdə Qazaxıstana qaz tədarükünün artırılması barədə müqavilə imzaladıq. 2025-ci ildə Özbəkistan və Qırğızıstana ixracımız da artıb. Bu ilin sonuna qədər bu üç ölkəyə Rusiya qazının tədarükü 20 faiz artıb. Bunlar çox, çox əhəmiyyətli rəqəmlərdir".

Onun sözlərinə görə, şirkət bu ölkələrə qaz tədarükünü artırmağa davam edəcək. "Hazırkı gündəliyimiz bu istiqamətdə tədarükü daha da artırmaqdır. Xüsusilə qazaxıstanlı dostlarımızla Qazaxıstanın şimal-şərq bölgələrinə qaz ötürmə qurğularının tikintisi və qaz təchizatı ilə bağlı danışıqlar aparırıq. Mərkəzi Asiyada artan qaz tələbatını nəzərə alaraq uzunmüddətli əməkdaşlığa diqqət yetiririk".

O qeyd edib ki, Mərkəzi Asiyanın öz qaz ehtiyatları var, lakin regionun sürətli iqtisadi inkişafı artan həcmlər tələb edir: “Və biz çox yaxşı başa düşürük ki, Rusiya qazına orta müddətdə böyük tələbat olacaq. Biz artıq bu hazırlıq işlərini görürük - və təkcə hazırlıq işləri deyil: artıq dediyim kimi, biz tədarükü kifayət qədər sürətli templə artırmağa başlamışıq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR