İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo ilə şəkil çəkdirən uşaq kimdir?-FOTO

 Türkiyə-Portuqaliya matçında meydana daxil olaraq Kriştiano Ronaldo ilə selfi çəkən oğlan dünyanın trend mövzusuna çevrilib. Məlum olub ki, həmin uşaq türk olub, adı Berat Uluqdur.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berat matç öncəsi dostları ilə mərc edibmiş. O, bu barədə atası Çətin Uluğa heç nə deməyib. O, sadəcə “tualetə gedirəm” deyərək meydanı tərk edib. Atası oğlu ilə bağlı bunları deyib: “Birdən oğlumu ehtiyat skamyanın üstündə gördüm və qaçmağa başladı”- deyərək izah etdi.

Almaniya klublarından KSV Hessen Kasselin U11 komandasının 10 nömrəli oyunçusu Berat isə hislərini belə ifadə edib: “Arzularımı gerçəkləşdirdim. İndi mənim Kriştiano Ronaldo ilə şəklim var. Mən bunu köynəkdə çap edib otağımda saxlayacağam” .

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR