İnsanlara hürriyət, millətlərə istiqlal!

Restoranların “BAZARI ÖLÜR” – Depozit, “çaypulu...”

Türkiyədə qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub. Cebhe.info yazır ki, bu qərar Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Qiymət etiket qaydalarında dəyişiklik edilməsinə dair Qayda”nın qüvvəyə minməsi ilə rəsmiləşib.

Yeni qaydalara əsasən, Türkiyədə fəaliyyət göstərən qida və içki müəssisələri menyuda göstərilən qiymətlərdən əlavə olaraq istehlakçılardan heç bir məcburi ödəniş tələb edə bilməz. Dəyişiklik qiymət şəffaflığının artırılmasını və istehlakçı hüquqlarının daha effektiv qorunmasını məqsəd qoyur.

Qaydalara əməl etməyən müəssisələr barəsində mövcud qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək. Azərbaycanda da kafe və restoranla, qida və içki obyektlərində müxtəlif əlavə ödənişlər tələb edilir. Belə ki, bir sıra restoranlar müştəridən “depozit”, eləcə də menyudan əlavə xidmət haqqı tələb edir. Həmin iaşə müəssisələrinə daxil olan müştərilərin mütləq əlavə vəsaiti olmalıdır ki, hesabı tam ödəyə bilsin.

Xalid Kərimli: Azərbaycan AİB-in regiondakı əsas tərəfdaşına çevrilir

Mövzunu iqtisadçı Xalid Kərimli ilə müzakirə etdik.

O, Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda bunun zəruri olduğu qənaətinə gəlinsə, belə bir qərar ölkəmizdə də verilə bilər:

“Əhalinin narazılığı artarsa, parlament Mülki Məcəllədə qanuna dəyişiklik edilməsi barədə təkliflər irəli sürə bilər. Nəzəri cəhətdən bunu həyata keçirmək mümkündür. Türkiyədə belə bir qanun qəbul deyə, birmənalı şəkildə də bizdə də analoji qanun qəbul ediləcək deyə bilmərik. Hesab edirəm ki, belə bir qanun qəbul edilərsə, menyu qiymətləri bahalaşa bilər. Əgər qiymətin müəyyən bir hissəsi xidmət haqqı və s. şəkildə alınırdısa, ləğv olunduğu təqdirdə, həmin vəsaiti menyu qiymətində artıma getməklə kompensasiya edəcəklər”.

Natiq Cəfərli: Uçot dərəcəsinin artırılması biznes mühitinə mənfi təsir  göstərəcək

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli isə bildirib ki, “çay pulu” anlayışını qadağan etmək mümkün deyil:

“Bu müştərilərdən asılıdır. Məsələn, hesab 15 manatdırsa və kimsə əlavə olaraq bir manat “çay pulu” verirsə, bunu necə qadağan etmək olar? Ancaq hesaba məcburi “servis haqqı” əlavə edilməsini qadağan etmək mümkündür. Dünyanın bir çox ölkəsində xidmət göstərən ofisiantlara əlavə ödəniş verilməsi təcrübəsi var. Servis sahəsində çalışanların əksəriyyəti tələbələrdir. Onların gəliri aşağı olduğu üçün belə bir ənənə formalaşıb ki, cəmiyyət onlara dəstək olsun. Bunu rəsmi şəkildə qadağan etmək olar, amma vətəndaşlar istədikləri qədər “çay pulu” verə bilərlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR