İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət naziri Roza Zərgərli ilə görüşdü

Mədəniyyət naziri Adil Kərimli müğənni Roza Zərgərlini qəbul edib.

Musavat.com bildirir ki, ifaçı bu barədə instaqramda məlumat verib.

“Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimlinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində cənab nazirin qonağı oldum. Gələcəkdə reallaşdırmağı planlaşdırdığımız layihələr barədə ətraflı fikir mübadiləsi apardıq.

Nazirliyin və hörmətli Adil müəllimin təşəbbüsü ilə maraqlı işlərin ərsəyə gələcəyinə əminəm. Dövlətimizin incəsənətə göstərdiyi diqqət və qayğı məni qürurlandırır.

Göstərilən etimada görə dərin minnətdarlığımı bildirirəm”, - deyə, R.Zərgərli bildirib.

Könül
Musavat.com 

IMG_3652.PNG (1.96 MB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR