Onlayn ictimai-siyasi qəzet
“Real” tibbi heyətinin hamısını qovub.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Buna səbəb isə onların komandanın ulduzu Kilian Mbappeyə səhv diaqnoz qoymasıdır. Belə ki, tibbi heyət superulduzun zədəli olan sol dizinin əvəzinə sağ dizini yoxlayıb və rəy verib.
Daha sonra Mbappe Fransaya gedərək yenidən tibbi yoxlanışdan keçib. O bildirib ki, sol dizində yüngül zədə var imiş.
Hətta futbolçu qəzəbli şəkildə belə açıqlama verib: “Mənə yalan danışdılar. Yaxşı ki, yenidən müayinə olundum”.
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ