İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə böyük vergi güzəşti – 81 min nəfər buna görə azad edilir

Gürcüstanda əmlak vergisi ilə bağlı mühüm dəyişiklik edilir. Yeni güzəşt əlavə olaraq on minlərlə insanı əhatə edəcək.

Musavat.com xəbər verir ki, illik gəliri 100 min lariyədək (65 350 manat) olan ailələr əmlak vergisindən azad ediləcək.

İndiyədək bu hədd 40 min lari (26 140 manat) idi.

Gürcüstan parlamentində çoxluğun lideri İrakli Kirtsxaliyanın sözlərinə görə, yeni dəyişiklik nəticəsində əlavə olaraq təxminən 81 min nəfər əmlak vergisi ödəməkdən azad ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR