İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı səma dəhşəti: Şəhərlər “qan rənginə” boyandı

Qərbi Avstraliyada tropik Narelle siklonunun təsiri ilə səma qırmızı rəngə boyanıb.

Musavat.com xəbər verir ki, güclü küləklərin qaldırdığı toz buludları günəş işığını kəsərək ətrafı al-qırmızı mənzərəyə çevirib. 

Hadisə nəticəsində günorta saatlarında hava qəfil qaralıb, atmosfer ağırlaşıb, görünüş məsafəsi isə demək olar ki, sıfıra enib. Toz fırtınası şəhərləri bürüyərək sakinlər arasında narahatlıq yaradıb. 

Məlumata görə, bir sıra bölgələrdə güclü külək evlərin damlarını qoparıb, infrastruktura ciddi ziyan dəyib. Elektrik və su təchizatında fasilələr yaranıb, minlərlə insan çətin vəziyyətdə qalıb.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR