Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin sentyabrında Qarabağı tərk edərək Ermənistana köçən ermənilərlə bağlı yeni rəqəmlər açıqlanıb.
Musavat.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri vəzifəsini icra edən Nelli Davtyanın açıqladığı məlumata görə, Qarabağdan gedən 40 302 nəfər artıq Ermənistan vətəndaşlığı alıb.
Onlardan 27 948-i yetkin, 12 354-ü isə azyaşlıdır. Təkcə son altı ay ərzində 8 676 nəfərə Ermənistan vətəndaşlığı verilib.
Qarabağdan Ermənistana köçənlərin nə qədərinin sonradan bu ölkəni tərk etdiyi isə dəqiq bilinmir. Davtyan bununla bağlı konkret rəqəm açıqlaya bilməyib.
Daha əvvəl ekspertlər Qarabağdan köçdükdən sonra Ermənistanı tərk edənlərin sayının ən azı 10 min nəfərə çatdığını bildiriblər.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ