Onlayn ictimai-siyasi qəzet
Dünən gecə ABŞ-ın ən böyük hərbi-dəniz bazası olan Norfolk Hərbi Dəniz Bazasında naməlum səbəbdən təhlükəsizlik həyəcanı elan edilib. Baza müvəqqəti olaraq giriş-çıxışlara bağlanıb, ərazidə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb və hərbi polis qüvvələri gücləndirilmiş rejimə keçib.
İlkin ehtimallarda hadisənin İran tərəfindən mümkün təxribat təhlükəsi ilə əlaqəli ola biləcəyi iddia edilsə də, hazırda bununla bağlı rəsmi təsdiq yoxdur. Mənə görə isə baş verənlər daha çox
ABŞ-ın şərq sahillərində son dövrlər müşahidə olunan Rusiya nüvə sualtı qayıqlarının aktivliyinin artması ilə əlaqədar ola bilər. Belə vəziyyətlərdə ABŞ ordusu ehtimal olunan risklərə qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərini gücləndirir və strateji obyektləri yüksək hazırlıq vəziyyətinə gətirir. Bununla belə, hadisənin dəqiq səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib və bütün ehtimallar fərziyyə xarakteri daşıyır.
Qeyd edək ki, hazırkı məlumata əsasən bazada təhlükəsizlik tədbirləri sonradan ləğv olunub və normal fəaliyyət bərpa edilib. Rusiya sualtı qayıqları və ya İranla əlaqə barədə isə rəsmi təsdiqlənmiş məlumat yoxdur; bu versiyalar hazırda yalnız ehtimal kimi qiymətləndirilir./KONKRET.az
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ