İnsanlara hürriyət, millətlərə istiqlal!

“Piyada üçün əsas məsələ 100-200 metrlik yaxşı səki deyil”

“Bu gün iclasa gedərkən Heydər Əliyev prospektinin, eləcə də Şixəli Qurbanov və Zivər Əhmədbəyov küçələrinin bəzi hissələrində səki örtüyünün yenilənməsi işlərinin aparıldığını gördüm. Bu, əlbəttə, müsbət haldır. Piyada infrastrukturuna investisiya şəhər həyatının keyfiyyətini artıran vacib addımlardandır. Amma bir sual yaranır: niyə bu işlər fraqmental şəkildə həyata keçirilmir?”

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Facebook” səhifəsində yazıb.

O bildirib ki, şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsi, səki örtüyü ilə yanaşı bardürlərin, pandusların, piyada keçidlərinə çıxışların və dayanacaq ətrafının da vahid layihə çərçivəsində həll edilməsidir: Dördpendirli pizza

“Niyə küçənin yalnız müəyyən hissəsi yenilənir, qalan hissəsi isə əvvəlki vəziyyətdə qalır? Niyə küçə və prospektlər piyada marşrutu kimi bütöv şəkildə, hər iki istiqamətdə təmir olunmur?

Piyada üçün əsas məsələ 100-200 metrlik yaxşı səki deyil, mənzilindən təyinat nöqtəsinə qədər rahat, təhlükəsiz və fasiləsiz hərəkət edə bilməsidir. Marşrutun bir hissəsinin ideal, digər hissəsinin isə yararsız olması ümumi rahatlığı təmin etmir.

Şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsi, səki örtüyü ilə yanaşı bordürlərin, pandusların, piyada keçidlərinə çıxışların və dayanacaq ətrafının da vahid layihə çərçivəsində həll edilməsidir.

Ümid edirəm ki, görülən işlər növbəti mərhələlərdə davam etdiriləcək və paytaxtın əsas küçələrində piyada infrastrukturu ayrı-ayrı hissələr üzrə deyil, bütöv marşrut prinsipi əsasında formalaşdırılacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR