Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Hamburq-Eppendorf Universitet Tibb Mərkəzinin alimləri “pivə qarını” kimi tanınan qarın piylənməsinin ürək sağlamlığına ciddi ziyan vurduğunu müəyyənləşdirib.
Araşdırma çərçivəsində 46–78 yaş arası, ürək-damar xəstəliyi olmayan 2 mindən çox insanın ürəyinin MRT nəticələri təhlil edilib.
Mütəxəssislərin gəldiyi əsas nəticələr belədir:
— Qarın nahiyəsində toplanan piy ürək əzələsinin qalınlaşmasına səbəb olur;
— Ürəyin əsas kameralarının həcmi kiçilir və bu, onun normal fəaliyyətinə mənfi təsir göstərir.
Alimlər bildirirlər ki, təsirin xüsusilə kişilərdə daha kəskin olduğu müşahidə olunub. Ən ciddi dəyişikliklər sağ mədəcikdə qeydə alınır — bu hissə qanın ağciyərlərə ötürülməsinə cavabdehdir. Qarın piylənməsi həmçinin tənəffüs prosesinə və ağciyər təzyiqinə mənfi təsir göstərə bilər.
Pivə qarınının qarşısını necə almaq olar?
— Profilaktikaya xüsusi diqqət yetirmək;
— Mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq;
— Qidalanmanı və spirtli içki qəbulunu nəzarətdə saxlamaq.
Mütəxəssislər xəbərdarlıq edir ki, pivə qarını yalnız estetik narahatlıq deyil, ürək-damar sistemi üçün real tibbi risktir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ