Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi vəziyyətlə bağlı parlamentdə millət vəkillərinin suallarını cavablandıra bilər.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı, İran parlamentinin üzvü Müctəba Zunnuri məlumat verib.
Zunnurinin sözlərinə görə, bir qrup millət vəkili prezidentə iqtisadi durumla bağlı rəsmi sual ünvanlayıb və bunun üçün imza toplanır.
O bildirib ki, imza kampaniyasının gələn həftənin bazar və bazar ertəsi günləri başa çatdırılması planlaşdırılır.
Mühafizəkarları təmsil edən deputat qeyd edib ki, prezidentə yönəldilən sualların əsas mövzusu ölkədəki mövcud iqtisadi vəziyyətdir. Onun sözlərinə görə, bu proses parlamentdə müsbət qarşılanıb.
Millət vəkili əlavə edib ki, prezidentə rəsmi sual vermək üçün azı 73 deputatın imzası tələb olunur. Zunnuri vurğulayıb ki, sonradan imzaların geri götürülməsi riskini nəzərə alaraq, tələb olunan saydan daha çox imzanın toplanmasına çalışılır.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ