İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın düşməni arxiyepiskop haqda “terrorizm” sənədi

Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyanın “arxiyepiskop Baqrat Qalstanyanın özünü terrorçu adlandırdığı sənəd” iddiasına müdafiə tərəfi sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, vəkil Tatevik Soqoyanın açıqlamasına görə, sözügedən kağız ümumiyyətlə məlum mənşəyə malik deyil və ingiliscə yazılmış hansısa sənəd şəklində arxiyepiskopun şəxsi məktub yığını arasından çıxıb.

Vəkilin sözlərinə görə, bu kağız Baqrat Qalstanyanın yaşadığı ünvanda aparılan axtarış zamanı tapılıb. “Bu, yüzlərlə insanın "Müqəddəs Mübarizə" yürüşündə arxiyepiskopa verdiyi məktublar arasında olan, mənbəyi naməlum bir ingilisdilli sənəddir. Onun orada necə peyda olduğu bilinmir”, – Soqoyan qeyd edib.

Yürüş zamanı Kiranatsdan İrəvana qədər yüzlərlə adam arxiyepiskopa əlində hazırladığı “fəaliyyət planlarını” təqdim edib və həmin qarışıq kağızlar arasında bu sənəd də aşkarlanıb. Müdafiə tərəfi bunun arxiyepiskopun imzası və ya mövqeyi kimi təqdim edilməsini tam əsassız adlandırır.

Bu gün “Müqəddəs Mübarizə” işi üzrə məhkəmə prosesi vəkil Aleksandr Koçubayevin iştirak edə bilməməsi üzündən təxirə salınıb. Növbəti iclas 18 dekabrda keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR