Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının digər siyasi qüvvələrlə əməkdaşlıq edə biləcəyini bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə “Infocom” nəşrinin Ctrl Z proqramına müsahibəsində danışıb.
Baş nazirdən “Vətəndaş müqaviləsi”nin “Güclü Ermənistan” partiyası və ya “Ermənistan” bloku ilə əməkdaşlığının mümkün olub-olmadığı soruşulub.
Paşinyan belə əməkdaşlığı istisna etməyib. Onun sözlərinə görə, müəyyən hallarda müxtəlif siyasi qüvvələr arasında həmrəyliyə tələbatı seçicilərin özləri formalaşdırırlar.
“İnsanlar siyasi mübarizənin müəyyən mərhələsində həmrəylik görmək istəyirlər. Bu həmrəyliyin müəllifləri də onlardır. Bu vəziyyəti onlar yaradırlar”, – Paşinyan bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, rəhbərlik etdiyi siyasi qüvvə əvvəllər digər partiyalarla həmrəylik və konsensus axtarmamaqda ittiham olunub.
Paşinyanın sözlərinə görə, əməkdaşlığın mümkün olduğu hallarda hakim partiya seçicilərin mövqeyini nəzərə almağa hazırdır.
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ