Onlayn ictimai-siyasi qəzet
Rusiya istehsalı olan “Oreşnik” raketi Avropa üçün həssas təhlükəsizlik ssenarisi yaradır. Raketin təxminən 5500 km-ə qədər mənzili nəzəri olaraq Avropa qitəsinin böyük hissəsini zərbə radiusuna salır.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmə “Sky News” tərəfindən yayımlanan materialda yer alıb.
Məlumata əsasən, əsas təhlükə məhz raketin son dərəcə yüksək sürəti ilə bağlıdır.
Məlumatlara görə, “Oreşnik” 10–11 Mach (təxminən 3 700 m/s) sürətinə çata bilir. Bu isə hava hücumundan müdafiə sistemləri üçün reaksiya müddətini kəskin azaldır - hədəf nə qədər sürətli olarsa, onun aşkarlanması, izlənməsi və tutulması bir o qədər çətinləşir.
Ukraynada bir sıra rəsmi şəxslər bildiriblər ki, “Oreşnik” mövcud hava hücumundan müdafiə sistemləri ilə faktiki olaraq tutulmazdır.
Məsələyə analitik baxış təqdim edən “Royal United Services Institute” qeyd edir ki, raket Rusiyanın qərb bölgəsindən buraxılarsa, təxminən 10 Mach sürətə malik orta mənzilli ballistik raket cəmi 10 dəqiqə ərzində Böyük Britaniyaya çata bilər.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ