Onlayn ictimai-siyasi qəzet
İsrail Baş naziri Benyamin Netanyahu İranın Hind okeanındakı Dieqo-Qarsiya bazasına endirdiyi raket zərbələrini şərh edərək, Tehranın artıq qitələrarası ballistik raket imkanlarına sahib olduğunu və bütün Avropa üçün birbaşa təhlükə yaratdığını bəyan edib.
Musavat.com xəbər verir ki, Netanyahu bu hücumun İranın 4000 kilometr məsafədəki hədəfləri vurmaq gücündə olduğunu sübut etdiyini bildirib.
"Mən hər zaman xəbərdarlıq edirdim, indi onların bu imkanı var. Onlar artıq Avropanın dərinliklərinə nüfuz edirlər. Artıq bir Avropa ölkəsini – Kipri atəşə tutublar. İndi isə hər kəsi hədəfə alırlar", – deyə Baş nazir vurğulayıb.
Britaniyanın "The Telegraph" nəşri isə hərbi ekspertlərə istinadən yazır ki, Dieqo-Qarsiya bazasına edilən hücum Tehranın raketlərinin mənzilinin Londonu vurmaq üçün kifayət etdiyini göstərir. Analitiklər qeyd edirlər ki, əgər İran öz mobil buraxılış qurğularını 180 dərəcə döndərib şimala doğru atəş açarsa, London, Paris və Berlin kimi paytaxtlar birbaşa zərbə zonasına düşür.
Britaniya kəşfiyyatı İranın bu hücumda 2000 kilometrlik rəsmi limiti iki dəfə aşaraq yeni tip "Xorrəmşəhr" və ya "Simurq" daşıyıcılarından istifadə etdiyini ehtimal edir. Bu hadisə fonunda London və digər Avropa paytaxtlarında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və İranın nüvə-raket proqramına qarşı daha sərt tədbirlərin görülməsi məsələsi yenidən gündəmə gəlib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ