Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yaşayan tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ünvanına yazılan tənqidlərə və "botoksu azaldın" şərhlərinə video vasitəsilə sərt cavab verib.
Yaşına görə olduqca gənc və təravətli görünməsi ilə diqqət çəkən aktrisa haqqında yazılanlara ironiya ilə yanaşıb. İzləyicilərinin "botoksu azaldın, gözünüz, qaşınız görünmür" kimi tənqidlərinə cavab olaraq video çəkən Nesrin Cavadzadə mimikalarını nümayiş etdirərək bildirib: "Həyatınızda belə botoks gördünüzmü? Siz hər halda bu yaşda bir qadının bu qədər təravətli görünməsinə alışmamısınız..."
Aktrisanın bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyiciləri tərəfindən maraqla qarşılanıb.
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ