Onlayn ictimai-siyasi qəzet
Çin Myanmada fırıldaqçılıq düşərgələri yaradaraq, qurbanların fırıldaqçılığa və qanunsuz qumara məcbur edildiyi mərkəzlər şəbəkəsi təşkil etdiklərinə görə 11 nəfəri edam edib.
Musavat.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilir ki, edamlar cümə axşamı günü həyata keçirilib.
Məhkumlar insanların iradələrinə zidd olaraq saxlanıldığı bir neçə mərkəz yaradıblar. Qurbanlar qanunsuz hərəkətlər etməyə məcbur ediliblər. Qadınlar varlı kişiləri aldatmağa və onlardan pul qoparmağa məcbur ediliblər. Onlardan həmçinin veb-kameralar çəkmək üçün də istifadə olunub.
İtaət göstərməkdən imtina edənlər fiziki zorakılığa və işgəncəyə məruz qalıblar.
27 yaşlı Belarus vətəndaşı Vera Kravtsova bu mərkəzlərdən birində yoxa çıxıb. Məlumata görə, o, qətlə yetirilib və orqanları satılıb.
Myanma ordusu əvvəllər saxta çağrı mərkəzindən insanları azad etmək üçün əməliyyat keçirib. Daha sonra onlar 2200 nəfəri xilas edə biliblər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ