İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin taleyi İslamabadda həll olunur: Almaniya XİN-dən həlledici anons

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ və İran arasında birbaşa danışıqların hazırlanması barədə dünya mediasını sarsıdan bəyanat verib.

Musavat.com xəbər verir ki, "Deutschlandfunk" radiosuna müsahibə verən nazir tərəflər arasında artıq dolayı təmasların qurulduğunu və birbaşa dialoq üçün ciddi hazırlıq işlərinin görüldüyünü təsdiqləyib. Vadefulun sözlərinə görə, bu tarixi görüş yaxın vaxtlarda Pakistanda baş tutacaq. "Məndə olan məlumata görə, qeyri-birbaşa əlaqələr artıq qurulub və birbaşa danışıqlara hazırlıq gedir. Görünən odur ki, onlar yaxın vaxtlarda Pakistanda görüşəcəklər", – deyə nazir vurğulayıb.

Bu bəyanat, AEBA rəhbəri Rafael Qrossinin martın 28-29-da İslamabadda mümkün görüş barədə verdiyi anonsla üst-üstə düşür.

Qeyd olunur ki, ABŞ-ın İrandakı yeraltı raket anbarlarına endirdiyi "bunker dağıdan" zərbələrdən və SEPAH-ın dəniz komandanı Əlirza Tənqsirinin öldürülməsindən sonra Tehranın masaya oturmağa razılıq verməsi "maksimum təzyiq" siyasətinin nəticəsi ola bilər. Almaniya diplomatik mənbələri bildirir ki, Vaşinqton və Tehran arasında qurulan bu "qaynar xətt" regionu tammiqyaslı nüvə müharibəsindən xilas etmək üçün sonuncu şans kimi qiymətləndirilir. Pakistan tərəfi artıq İslamabadda təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb və hər iki tərəfin nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu bəyan edib. Əgər bu görüş baş tutarsa, bu, son 40 ilin ən mühüm diplomatik sıçrayışı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR