İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya çağırılan Paşinyanın səsi Parisdən gəldi – Qəfil uçuş

 

Baş nazir Nikol Paşinyan iki günlük işgüzar səfərlə Fransaya yola düşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Parisdə keçiriləcək beynəlxalq kosmos sammitində iştirak edəcək. Paşinyan özü sosial şəbəkə səhifəsində təyyarədən video paylaşaraq yazıb: “İşgüzar səfərlə Parisə yollanıram; orada Prezident Makronla görüşəcəyəm”.

Paşinyan Parisə ekonom sinifdə uçdu - VİDEO

Videoda onun digər sərnişinlərlə birlikdə adi kommersiya reysi ilə səyahət etdiyi görünür. Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyi açıqlanmışdı. Kreml sözçüsü Dmitri Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadək baş tutacağını bildirmişdi.

Xatırladaq ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Ermənistanın liderlərinin görüşü olub.

Putin Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib. Paşinyanın Rusiyaya çağırıldığı ərəfədə qəfildən Parisə uçması suallar doğurur. Bu arada, Paşinyanla prezident Makronun İrəvan hava limanındakı qucaqlaşma səhnəsi yada düşür. Dar ayaqda Paşinyan daim Makrona üz tutur.

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Putinlə son görüşündə Ermənistana ünvanlanan əsas mesajlardan biri İrəvanın Avropa İtifaqı – Avrasya İqtisadi İttifaqı arasında seçim etməsi ilə bağlı idi. Rusiya lideri hətta  Gümrüdəki hərbi bazanı çıxara biləcəyini də açıqlamışdı. Bu isə Paşinyana xəbərdarlıq xarakterlidir. Heç şübhəsiz, Rusiya rəhbərliyindən Paşinyana gələn dəvətin arxasında ciddi məsələlər var. Erməni baş nazir Moskvada ciddi suallara cavab verməlidir. Həm də Ermənistanın referendum qərarı verməsi ilə bağlı. Bu mənada istisna etmək olmaz ki, Paşinyan Makrondan təminat almaq üçün Parisə yollanıb.

Yoxsa Ermənistan rəhbərliyinin kosmosda “adamı”mı var, bu mövzuda müzakirələrə qoşulsun?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Paşinyan Moskvaya getməyə həvəssizdir. Onun sözlərinə görə, hər dəfə Putinin ayağına getmək istəmir, amma Rusiya lideri dəvət edirsə, bundan imtina edə də bilmir: “Görünür, Rusiyada müzakirə edəcəyi mövzuları öncə yaxın tərəfdaşı Makronla məsləhətləşməyə ehtiyacı var. Ola bilsin Putin elə bir təkliflər irəli sürə bilər ki, Paşinyan təkbaşına qərar verməkdə çətinlik çəkə bilər. Ona görə indidən Makronla məsləhətləşməyə gedib ki, Putinin təkliflərinə və yaxud hansısa tələbinə necə cavab versin”.

Elxan Şahinoğlunun seçkidə iştirakı ƏNGƏLLƏNDİ » Məhəmməd Ərsoyun BLOQU

Elxan Şahinoğlu hesab edir ki, Paşinyan Rusiya hərbi bazasının çıxarılmasına razıdır: “Amma onu da bilir ki, Kreml bunun qarşılığında Paşinyana başqa problemlər yarada bilər. Bax, bu problemlərdən özünü qorumaq, təhlükəsizlik tədbirlərini artırmaq üçün görünür Paşinyanın Makronla təcili məsləhətləşməsinə ehtiyacı var”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR