İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Ankaraya HƏDƏ kimi ismarış – Türkiyənin CAVABI

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Türkiyədən Ukraynaya silah tədarükü planları ilə bağlı məlumatlarla bağlı aydınlıq gətirilməsini istəyib. Bu barədə danışan XİN sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib ki, ABŞ Konqresi tərəfindən bu yaxınlarda açıqlanan sənədlərə əsasən, məlumatlar hücum silahları da daxil olmaqla əhəmiyyətli bir arsenala aiddir.

Мария Захарова политик — биография, личная жизнь и карьера — РИА Новости

Zaxarova deyib: “Orada xüsusilə 12 çoxməqsədli raket sistemi və onlar üçün 2500-dən çox idarəolunmaz kasetli sursat, 47.000 203 mm-lik kasetli artilleriya mərmisi və 70 ATACMS əməliyyat-taktiki raketi qeyd olunur. Ölümcül silahların bu qədər genişmiqyaslı ötürülməsinin şərtləri və şəraitinin son dərəcə mübahisəli olması diqqətəlayiqdir”.

Diplomat iddia edir ki, Kiyevə yeni silah tədarükü Moskvanın Vaşinqton və Ankara ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Onun fikrincə, sülhməramlı ritorika ilə Ukraynaya silah tədarükününn birləşməsi, xüsusən də Türkiyə rəsmilərinin Ankaranın Kiyevə ölümcül təchizat verməməsi barədə dəfələrlə verdiyi açıqlamalar nəzərə alınmaqla, qarşılıqlı etimadı sarsıda bilər.

Zaxarova həmçinin ABŞ və Türkiyənin genişmiqyaslı silah tədarükü planlarını yenidən nəzərdən keçirə biləcəklərini vurğulayıb.

Bəs Moskva nədən narahatdır? ABŞ onsuz da 5 ildir Ukraynaya hər cür silah satır, Ankaradan nə istəyir? Türkiyənin Moskvaya cavabı nə olacaq?

ABŞ-nin quru əməliyyatı – SON ÇARƏ, yoxsa...

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Mariya Zaxarovanın dediklərini Türkiyəyə hədə-qorxu gəlmək kimi qəbul etmək olar: “Zaxarova diplomatik dildən əlavə hədə tonunda mesajlar verib. Amma bu cür hədələr nə Türkiyə, nə də ABŞ-yə təsir edəsi deyil. Türkiyə uzun müddətdir Rusiya ilə Ukrayna arasında müharibənin sonlandırılması üçün vasitəçilik cəhdləri edib, addımlar atıb. Buna baxmayaraq Rusiya Qara dənizdə Türkiyənin mülkiyyətində olan obyektlərə-gəmilərə qarşı təxribat törətdi. Türkiyə öncə diplomatik dildə Moskvaya cavab verib. Rusiya isə aqressiyasını davam etdirir.

Türkiyənin Ukraynaya silah tədarük etməsi isə ilk dəfə deyil. Sadəcə, qarşıdakı müddətdə daha çox və daha müasir silahlar verilməsi nəzərdə tutulur. Rusiyanı da narahat edən modern, güclü Türkiyə silahlarının Ukraynanın gücünə-güc qatacağıdır. Zaxarovanın hədəyə bənzər bəyanatından belə qənaətə gələ bilərik ki, Moskva Ankaranın bu addımdan çəkindirməyə çalışır. Lakin Türkiyə müstəqil dövlətdir və hansı dövlətə silah verib-verməmək məsələsində Rusiyanın təzyiqlərinə uyğun hərəkət edəsi deyil.

Hazırkı reallıqda Rusiya-Türkiyə münasibətlərinin soyuqlaşmasından və ya pozulmasından daha çox zərər çəkən Rusiya olacaq. Ona görə də hesab edirəm ki, Rusiyanın indiki vəziyyətində Türkiyəyə qarşı bəyanatdan o tərəfə əlaqələrin qırılması istiqamətində hansısa real addım atmaqdan çəkinəcək”.

Ekspertə görə, Rusiya çox irəli getsə, Türkiyə Bosfor boğazını Rusiyanın üzünə bağlaya bilər: “Bu zaman isə Rusiyanın Qara dənizdəki donanmasının təminatının xeyli dərəcədə kəsilməsi, iqtisadiyyatına isə əlavə zərbə dəyməsi qaçılmazdır. Ona görə də Rusiya Türkiyəyə münasibətdə diqqətli olmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR