Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva üçün hərbi eskalasiyanın lazımsız olduğunu, çünki Rusiya ordusunun cəbhədə uğurla irəlilədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, Kreml rəsmisi jurnalistlərin son gərginliklə bağlı suallarını cavablandırarkən Ukraynanın hücumlarına da toxunub.
"Ukrayna bizim iqtisadi və ticarət infrastrukturlarımıza zərbələr endirməyə çalışır və bununla da bizim tərəfimizdən cavab addımlarına təhrik edir. Bu cavab çox kəskin olacaq.
Lakin əgər siz hərbi eskalasiyadan danışırsınızsa, bu bizə sadəcə olaraq lazım deyil, çünki biz onsuz da ön cəbhədə irəliləyirik", – deyə Dmitri Peskov vurğulayıb.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ